Ölkə

Prezident İlham Əliyevin Çexiyaya səfəri başlayıb

Azərbaycanın dövlət başçısını və xanımını Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar

· Xəbərçi
Prezident İlham Əliyevin Çexiyaya səfəri başlayıb
Azərbaycan prezidenti İlham Əliyevin Çexiya Respublikasına dövlət səfəri başlayıb. ANS PRESS-in AzərTAc dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın “Stara Ruzine” Hökumət Hava Limanında Azərbaycanın dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub.

Şərhlər