Prezident İlham Əliyev Finlandiya, Litva və Rusiyanın nazirlərini qəbul edib
02 Aprel 2012 Bazar Ertəsi 15:16
Görüşlərdə adıçəkilən dövlətlərlə Azərbaycan arasındakı münasibətlər müzakirə edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Finlandiya Respublikasının xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı bu gün Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub. Görüşdə Azərbaycan-Avropa İttifaqı çərçivəsində Litva ilə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezidenti aprelin 2-də həmçinin Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitini qəbul edib. Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitinin Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar