Azərbaycan prezidenti İlham Əliyev Danimarka Kraliçası Ülyahəzrət II Marqreteyə təbrik məktubu ünavanlayıb.
ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:
"Danimarka Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Danimarka münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və genişlənməsi bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Danimarka xalqına sülh və firavanlıq diləyirəm".
Prezident Danimarka Kraliçasını təbrik edir
İlham Əliyev II Marqreteyə Təvəllüd günü münasibətilə məktub ünvanlayıb.




Şərhlər