Pensiyaçıların kartları birbaşa evlərə çatdırılır
20 Aprel 2012 Cümə 17:01
Azərbaycan Beynəlxalq Bankı plastik kartların təqaüdçülərin yaşadıqları ünvanlara çatdırılmasını təmin edib.
Azərbaycan Beynəlxalq Bankının (ABB) əməkdaşları paytaxtın Yasamal rayonunda 40-dan çox, Sabunçu rayonunda isə 80-dən artıq pensiyaçıya plastik kartları yaşayış yeri üzrə çatdırıblar. Bu barədə ANS PRESS-ə bankın mətbuat xidmətindən bildirilib.
Məlumatda deyilir ki, həmin pensiyaçıların vəkil edilmiş şəxsləri yoxdur və ya əlildir, ya da səhhəti və yaş səbəbindən Bankın filiallarına gələ bilmirlər. Bu səbəbdən də bank onların kartlarını birbaşa evlərinə çatdırıb.
Qeyd edək ki, ABB-yə gələ bilməyən pensiyaçıların yaxınları müvafiq etibarnamə ilə plastik kartın alınması üçün Banka müraciət edə bilərlər.
DOSTLARINLA PAYLAŞ: