Pensiya sistemində problemlər azaldılıb
07 Aprel 2009 Çərşənbə Axşamı 14:55
Dövlət Sosial Müdafiə Fondunun sədri Afinada keçirilən BMT İnkişaf Proqramının təşkil etdiyi beynəlxalq forumda çıxış edib

Yunanıstanın paytaxtı Afinada Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının təşkil etdiyi «Keçid dövrü: inkişaf problemləri» adlı beynəlxalq forumda Azərbaycanda həyata keçirilən pensiya islahatları diqqət mərkəzində olub. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə,  Azərbaycanda aparılan islahatların, tətbiq olunan idarəetmə üsullarının region üçün əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfi əsas çıxışçılardan biri kimi bu tədbirə dəvət edilib. Ötən həftə baş tutan forumda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məruzə ilə çıxış edib.
       Forumla bağlı BMT-nin rəsmi saytında «Avropanın yeni demokratiyaları qlobal iqtisadi böhrana davam gətirməyə hazırdılar» başlıqlı məlumat yerləşdirilib. Məlumatda bir sıra məsələlərlə yanaşı, xüsusilə son dərəcə «güclü» idarəetmənin müvəffəqiyyəti təsvir edilib və «Azərbayvanda pensiya islahatları: problemlər və həllər» adlı məruzədən söhbət açılıb. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun həmin məruzəsində elektron hökumət vasitələrinin Azərbaycanın pensiya sisteminin təkmilləşdirilməsində roluna geniş yer ayrıldığı qeyd olunub. Saytda yerləşdirilən məlumatda  «Bu gün milyonlarla Azərbaycan pensiyaçısı öz aylıq pensiyalarını bankomat vasitəsi ilə alır. Pensiya sistemində olan problemlər və texniki səhvlər əhəmiyyətli dərəcədə azaldılıb» fikri xüsusi vurğulanıb. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar