Paytaxtın əsas prospektlərindən biri sabahdan 1 ay müddətinə bağlanır
21 Oktyabr 2011 Cümə 18:34
Azərbaycan paytaxtında bir neçə küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin inspektoru Razi Zeynalov məlumat verib. Onun sözlərinə görə, bu gün saat 22.00-dan paytaxtın Həsən Əliyev və Səməd Vurğun küçələrində kanalizasiya kollektorunun çəkilişi ilə əlaqədar işlər başa çatanadək (şənbə və bazar daxil olmaqla) avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Bundan başqa, oktyabrın 22-də Ziya Bünyadov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində körpü tikintisi ilə əlaqədar nəqliyyatın hərəkəti bir ay müddətində tam dayandırılacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar