Paytaxtda 2 gün ərzində bir neçə mərkəzi yol bağlı olacaq
22 Oktyabr 2011 Şənbə 21:14
Yolların müvəqqəti bağlanılmasına səbəb təmir işlərinin aparılmasıdır.
Paytaxtın 2 əsas yolu bir müddət bağlı olacaq. Bunlardan biri Həsən Əliyev küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsidir. Ərazidə 1400 mm-lik mərkəzi kanalizasiya kollektorunun çəkilişi ilə əlaqədar bu axşam saat 22:00-dan Həsən Əliyev və Səməd Vurğun küçələrinin yolayrıcında avtomobillərin hərəkəti 2 gün ərzində, yəni oktyabrın 24-dək tam məhdudlaşdırılacaq.

Həmçinin Ziya Bünyadov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində körpü tikintisi ilə əlaqədar hər iki istiqamətdə nəqliyyatın hərəkəti bir ay müddətində tam məhdudlaşdırılacaq.

“Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevdən aldığımız məlumata görə, Dərnəgül adlanan ərazi, yəni Ziya Bünyadov prospekti yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində prospektdə bir neçə körpü və yol qovşağı tikilir. Əhməd Rəcəbli küçəsi ilə kəsişmədə yerləşən yolötürücüsünün aşırım qurğularının tikinitisi ilə əlaqədar yol bağlı qalacaq.

P. Mürsəliyev deyib ki, hazırda 10 aşırım quruğusundan 5-nin tikinitisi gedir, Onun sözlərinə görə, işlər 1 ay davam edəcək.

Kabel xətlərinin çəkilişi ilə əlaqədar qazıntı və təmir işlərinin aparılması məqsədilə Mətbuat prospektində də hərəkət məhdudlaşdırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar