Ötən həftənin xəbər icmalı
16 Aprel 2012 Bazar Ertəsi 00:01
Rejissor Vahid Mustafayevin çəkdiyi Xoca filmi İrəvanda keçirilən beynəlxalq “Qızıl Ərik” film festivalına göndərildi.
- İsmayıllıda torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən evlərin sayı artaraq 150-yə çatdı. Ailələr evlərini tərk edirlər.
- Prezident İlham Əliyev şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax, Ağstafa və Tovuz rayonlarında oldu.
- Ermənistan silahlı qüvvələrinin cəbhənin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun 2 əsgəri yaralandı.
- Goranboyda ananın 7 yaşlı qızını boğaraq öldürdüyü bildirilir. Hadisəyə səbəb kimi uşağın dərs oxumaması göstərilir.
- Yevlaxda 22 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası olub.
- Suriyada atəşkəs üçün qoyulmuş müddət başa çatdıqdan sonra atəş səsləri səngidi. Buna qədər isə BMT-nin hesablamalarına görə, Suriyada 13 ay davam edən iğtişaşlar zamanı 9 mindən çox adam öldürülüb.
- İran Avropa Birliyinin sanksiyalarına cavab olaraq Avropanın daha iki ölkəsinə neft ixracını dayandırdı.
- Rusiyada müsəlman cəmiyyətində dini fəaliyyətilə məşğul olan Azərbaycan əsilli Mətin Mehdiyev xüsusi amansızlıqla öldürüldü
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Moskvada “Bakı-2020” dünya olimpiya ictimaiyyətinə olimpiya və paralimpiya oyunlarına yeni davamlı ev sahibliyi modelini təqdim edib.
- Rejissor Vahid Mustafayevin çəkdiyi Xoca filmi İrəvanda keçirilən beynəlxalq “Qızıl Ərik” film festivalına göndərildi.
- Dünya xristianları Pasxa bayramını qeyd edirlər.
DOSTLARINLA PAYLAŞ: