Ötən gün Bakıda rekord dərəcədə hərarət qeydə alınıb
11 Aprel 2012 Çərşənbə 15:54
Bakıda 31,5, Sumqayıtda 33 dərəcə istilik olub
Bakıda havanın maksimal temperaturu üzrə rekord göstəricisi yenilənib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş hidrometeroloqu Asif Verdiyev ANS TV-yə verdiyi açıqlamada bildirib ki, ötən gün havanın maksimal temperaturu rekord səviyyədə olub. Belə ki, 1956-cı ildəki 24,5 dərəcəlik sutkalıq rekord göstərici yenilənib.
“Paytaxtda 31,5 dərəcə istilik qeydə alınıb. Sumqayıtda havanın temperaturu 33 dərəcə qeydə alınıb. Beləliklə də, rekord göstərici təzələnib" - deyə Asif Verdiyev bildirib.
Aprel ayının 13-dən 15-nə qədər hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı və qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Dağətəyi rayonlarda yağıntının intensiv olacağı gözlənilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə 5 dərəcə aşağı enəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: