Ötən ay Ceyhandan 2,3 milyon ton neft ötürülüb
12 Mart 2012 Bazar Ertəsi 18:43
Yanvar-fevral aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 4. 8 milyon ton olub
Bu ilin fevral ayı ərzində 2 milyon 360 min 491 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 358 min 686 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 4 milyon 816 min 479 ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2012-ci il mart ayının 1-ə qədər Ceyhan limanından 178 milyon 834 min 507 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
DOSTLARINLA PAYLAŞ: