Ordumuzun zabitini başından yaralayıblar
15 Sentyabr 2011 Cümə Axşamı 13:17
Hadisə ötən gecə cəbhənin Füzuli istiqamətində qeydə alınıb
Ermənistan Silahlı Birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb.
APA-nın məlumatına görə, hadisə ötən gecə cəbhənin Füzuli istiqamətində qeydə alınıb. Ermənilərin atəşkəsi pozması nəticəsində Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən “N” saylı hərbi hissəsinin leytenantı Qabil Abdullayev düşmən gülləsinə tuş gəlib. Nəticədə başından güllə yarası alan zabit hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.
DOSTLARINLA PAYLAŞ: