Ordumuzun mövqeləri atəşə tutulub
08 Aprel 2009 Çərşənbə 10:00
Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur

 

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 7-də saat 11.25-dən 11.35-dək və 16.15-dən 16.55-dək Ermənistanın Berd rayonu Çinarlı və Mosesqex kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar