Ölkə

Ordumuzun mövqeləri atəşə tutulub

Düşmən cavab atəşi ilə susdurulub

· Xəbərçi
Ordumuzun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 9-da saat 20:20-dən başlayaraq, atəşkəs rejimini pozub. Erməni ordusu Ermənistanın Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi kəndindəki mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur. /ANS PRESS/

Şərhlər