Ölkə

Ordumuzun əsgəri yaralanıb

Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yaralanan Tərlan Qönçəyevin vəziyyəti orta ağırdır

· Xəbərçi
Ordumuzun əsgəri yaralanıb

 

Martın 18-də Ermənsitan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, əsgər Tərlah Qönçəyev Tərtər rayonunun Qapanlı kəndi istiqamətində güllə yarası alıb. Bel nahiyəsindən yaralanan əsgər hospitala yerləşdirilib. Verilən məlumata görə, onun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, T.Qönçəyev Qax rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. /ANS PRESS/

 

Şərhlər