Ölkə

Ordumuz daha bir şəhid verib

Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı Baş Qərvənd kəndi istiqamətindən açdığı atəş nəticəsində Pərviz Bayramov şəhid olub

· Xəbərçi
Ordumuz daha bir şəhid verib

Ermənistanın Azərbaycana davam edən təcavüzü nəticəsində milli ordumuz daha bir itki verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu gün saat 17.30 radələrində Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı Baş Qərvənd kəndi istiqamətindən açdığı atəş nəticəsində Milli Ordumuzun əsgəri, 19 yaşlı Pərviz Bayramov şəhid olub. Allah rəhmət eləsin! /ANS PRESS/

Şərhlər