Ombudsman sonuncu hesabatını təqdim edib
06 Mart 2009 Cümə 17:05
Elmira Süleymanovanın ötən ilki fəaliyyəti yüksək qiymətləndirilib

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. İclasda səlahiyyət müddətini başa vuran insan haqları üzrə müvəkkil-ombudsman Elmira Süleymanova sonuncu hesabatını təqdim edib. Əksər çıxışçılar ombudsmanın ötən ilki fəaliyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, gələn həftə də hökumətin parlament qarşısında hesabat verməsi gözlənilir. Bu baxımdan millət vəkilləri yalnız Baş nazir yox, ümumilikdə Nazirlər Kabinetinin üzvlərinin, xüsusilə də xarici işlər nazirinin görülmüş işlərlə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar haqda məlumat verməsini istəyiblər./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar