Ölkənin donuzçuluq təsərrüfatlarında monitorinq keçirilir
01 May 2009 Cümə 17:55
Monitorinq mayın ortalarında başa çatacaq

Azərbaycan ərazisindəki donuzçuluq təsərrüfatlarında monitorinq keçirilir. Bu barədə məlumatı ANS PRESS-ə Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli verib. Onun sözlərinə görə, monitorinqlərə aprelin 27-də başlanılıb və onun mayın 10-da başa çatması nəzərdə tutulub. "Yerli baytarlıq idarələrinin nəzərinə çatdırılıb ki, mütamadi olaraq, donuzçuluq təsərrüfatlarına nəzarəti həyata keçirsinlər. Donuzlar saxlanılan binaların qapalılıq şəraitindən bir daha nəzər yetirsinlər. Xəstəlik əlamətləri müşahidə edildikdə dərhal baytarlıq ximətinə məlumat versinlər, baytar nəzarəti olmadan donuzların satılması və kəsilməsi qadağan edilsin, mətbəx qalıqlarının heyvanlara bişirilmədən verilməsi dayandırılsın". Y.Xanvəli bildirib ki, görülmüş işlər barədə Dövlət Baytarlıq Xidmətinə məlumat verilməsi tapşırılıb.
Qeyd edək ki, donuzçuluq təsərrüfatları əsasən Bakı ətrafında, şimal-şimal, şərb zonasında yerləşir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar