Ölkə

“Ölkədə heç bir gömrük rüsumu qalxmayıb”

Gömrük Komitəsinin sədri xaricdən gətirilən malların bahalaşması məsələsinə aydınlıq gətirib

· Xəbərçi
“Ölkədə heç bir gömrük rüsumu qalxmayıb”
“Ölkədə heç bir gömrük rüsumu qalxmayıb”. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Bakıda “Elektron gömrük xidmətləri: gələcəyə baxış” mövzusunda elmi-praktiki konfransda jurnalistlərə bildirib.

“Ölkədə heç bir gömrük rüsumu qalxmayıb. Gələn ilin proqnozunu müəyyən etdikdə, büdcə tapşırığı müzakirə edilərkən burada həm imtiyazlar, eyni zamanda rüsumlara baxılır. Yəni ki, artımla bağlı heç bir məsələ müzakirə edilmir”, - deyə Aydın Əliyev vurğulayıb.

Şərhlər