Ölkə mağzalarından 320 kq ərzaq yığışdırılıb
31 Oktyabr 2011 Bazar Ertəsi 18:07
Saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı
Bakının Binəqədi rayonunda Sulutəpə qəsəbəsində yerləşən “Nur market”də, “Çiçək market”də və Yasəmən Şükürovaya məxsus mağazada, Xocəsən yolu, Allahverdiyev küçəsi, ev 4 ünvanındakı “Əli market”də,
Yasamal rayonunda Ş.Qurbanov küçəsi, ev 19 ünvanında yerləşən “Life market”də, Şərifzadə küçəsində Məmməd Cəlilova və Rövşən Rəhimova məxsus mağazalarda, H.Zərdabi prospekti, ev 68 V ünvanında yerləşən “Fidan market”də,
Gəncə şəhərində M.A.Abbaszadə küçəsi, 65 ünvanında Sərdar Əsgərova məxsus mağazada, Təbriz küçəsində Hafiz Əmiraslanova məxsus yeməkxanada,
Mingəçevir şəhərində A.Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən “İdeal market”də, N.Vəzirov küçəsində yerləşən “Sahibkar” mağazasında,
Oğuz şəhərində Cavanşir küçəsində yerləşən Seymur Şəkərəliyevə məxsus mağazada
ümumi çəkisi 320 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
DOSTLARINLA PAYLAŞ: