Ölkə mağazalarında 340 kq saxta ərzaq aşkarlanıb
01 Dekabr 2011 Cümə Axşamı 21:23
Saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında monitorinqlərini bu gün də davam etdirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Nəsimi rayonunda Azadlıq prospektində Emin Quliyevə, İxtiyar Behbudova məxsus mağazalarda, "Həyat" un məmulatları mağazasında, A.Mirqasımov küçəsi, ev 28 ünvanında yerləşən "Yeni market"də, S.Rəhimov küçəsi, 195 ünvanında yerləşən "Real market"də, V.Polotnikov küçəsi, ev 8 ünvanında Rövşən Abbasova məxsus mağazada, 20 Yanvar küçəsində "Yaşıl market"də, "Ay market"də və Zülfiyyə Məmmədovaya məxsus mağazada, A.Məhərrəmov küçəsində Ramil İsmayılovaya və Dilavət Əzizovaya məxsus mağazalarda,

Xətai rayonunda S.Mehmandarov küçəsi, ev 96 ünvanında yerləşən "Avand market"də, X.Məmmədov və H.Məmmədov küçələrinin kəsişməsində yerləşən "Nilüfər market"də,

Nizami rayonunda 4 saylı kənd təsərrüfatı məhsulları bazarının şərq hissəsindəki "Ucuz market"də, Q.Qarayev prospekti, ev 37, mənzil 76 ünvanında yerləşən "Sev-al market"də,

Sabirabad rayonunda H.Əliyev prospektində Qalib Nuriyevə və Məmməd Mənsimova məxsus mağazalarda,

Şəki rayonunda Aşağı Göynük kəndində Adil İsayevə məxsus mağazada və Füzuli rayonunda Zobucuq qəsəbəsi, 5 ünvanında Nail Ağayevə məxsus mağazada

ümumi çəkisi 340 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar