Ölkə mağazalarında 260 kq saxta ərzaq məhv edilib
03 Noyabr 2011 Cümə Axşamı 18:52
Saxlama müddəti ötmüş ərzaq malları aşkar olunaraq satışdan çıxarılıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı

Bakının Binəqədi rayonunda S.S.Axundov küçəsində Qənimət Hüseynovaya məxsus mağazada və “Bona market”də, Sulutəpə qəsəbəsində Mətanət Mustafayevaya məxsus mağazada, 2-ci Mədən küçəsində Həcər Əhədovaya və Təranə Bayramovaya məxsus mağazalarda, 3-cü Mədən küçəsində yerləşən “Ulduz market”də və Firudin Nəcəfova məxsus mağazada, N.Nərimanov küçəsi, ev 81 ünvanındakı “Fərid market”də, H.Hacıyev küçəsi, ev 39 ünvanında yerləşən “Arya market”də, Ş.Məmmədova küçəsi, ev 3, mənzil 29 ünvanında Cavad Cavadova məxsus mağazada, Xarici dairəvi küçəsində “Elman” firmasına məxsus mağazada, 7-ci mikrorayon, ev 18 ünvanında Elvin Mahmudova məxsus mağazada, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, ev 11 ünvanındakı “Bizim market”də,

Sumqayıt şəhərində 12-ci mikrorayon, Koroğlu küçəsində yerləşən “Dəlidağ” mağazasında,

Samux rayonunda Sərkar kəndində Mahir Yusifova məxsus mağazada,

Oğuz şəhərində H.Əliyev küçəsində Vüqar Səmədzadəyə məxsus mağazada,

Ağdam rayonunda Zəngişalı kəndində Novruz Quliyevə məxsus mağazada, Mahrızlı kəndində Elnur Məmmədova məxsus mağazada,

Balakən şəhərində R.Səmədov küçəsində Arif Həsənova məxsus mağazada

ümumi çəkisi 260 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar