Ölkə ərazisində hava buludlu olacaq
13 Aprel 2009 Bazar Ertəsi 15:00
Aprelin 16-da axşam və gecə Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var

 

Ölkə ərazisində buludlu hava şəraiti yaxın üç gündə də davam edəcək. Bu barədə məlumatı ANS PRESS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev verib.

Aprelin 14-də Bakı və Abşeron yarmadasında hava buludlu olsa da, əsasən yağmursuz olacaq və arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 11-14 dərəcə isti olacaq. Aprelin 15-də də eyni cür hava şəraiti davam edəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 5-7, gündüz 12-15 dərəcə olacaq. Aprelin 16-da arabir bududlu havanın açılacağı, axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyinə keçəcək, axşama doğru arabir küləyin sürəti nisbətən güclənəcək. Gecə 5-8, gündüz 11-15 dərəcə isti müşahidə ediləcək.
Azərbaycanın rayonlarında da yaxın üç gündə yağmursuz, dumanlı hava şəraiti proqnozlaşdırılır. Aprelin 14-də və 15-də gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, gündüz dağlarda arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə, gündüz 9-14 isti, dağlarda isə gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Lakin aprelin 16-da gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 10-15, dağlarda gecə 3-dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti olacaq.

Kəmalə Məmmədova/ANS PRESS/

Kəmalə Məmmədova

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar