Oktyabrda Azərbaycanda hava necə olacaq?
02 Oktyabr 2011 Bazar 03:25
Ayın bəzi günlərində Bakıda temperaturun 27 dərəcəyədək yüksələcəyi gözlənilir.
Oktyabrda havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, respublika ərazisində ay ərzində yağıntılar qeyri-bərabər paylanacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun müsbət 17-19 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Havanın temperaturu gecələr müsbət 12-17 dərəcə, gündüzlər 20-25 dərəcə olacaq, bəzi günlərdə müsbət 27 dərəcəyədək yüksələcək. Üçüncü ongünlüyün sonunda havanın müsbət 14-18 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 17-23 millimetr) bəzi yerlərdə isə normadan çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun müsbət 16-18 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu müsbət 9-14 dərəcə, bəzi günlərdə müsbət 4-8 dərəcə, gündüzlər müsbət 20-25, bəzi günlərdə 27-30 dərəcə, ayın sonunda müsbət 14-19 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 19-32 millimetr) bəzi yerlərdə normadan bir qədər çox olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun müsbət 10-12 dərəcə olacağı gözlənilir ki, iqlim normasından 1-2 dərəcə yüksəkdir. Havanın temperaturu gecələr müsbət 4-9 dərəcə, gündüzlər 11-16, bəzi günlərdə 18-21 dərəcə, ayın sonunda müsbət 6-9 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarı iqlim normasına yaxın, (norma 34-48 millimetr) bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.
Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda aylıq temperaturun müsbət 15-17 dərəcə olacağı gözlənilir ki, bu da bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Havanın gecələr müsbət 8-13 dərəcə, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə müsbət 24-27 dərəcə, ayın sonunda müsbət 13-16 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın bəzi yerlərdə isə bir qədər çox (norma 30-61 millimetr) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun müsbət 13-15 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Havanın temperaturu gecələr müsbət 7-12 dərəcə, gündüzlər müsbət 13-18 dərəcə, bəzi günlər 20-25 dərəcə, ayın sonunda müsbət 8-12 dərəcə təşkil edəcək. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 34-126 millimetr), bəzi yerlərdə isə çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında temperaturun müsbət 17-19 dərəcə olacağı gözlənilir bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir. Gecələr havanın müsbət 10-15 dərəcə, gündüzlər müsbət 20-25 dərəcə, ayrı-ayrı günlərdə 27-31 dərəcə, ayın sonunda müsbət 13-18 dərəcə təşkil edəcəyi ehtimal olunur. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 31-54 millimetr) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında temperaturun müsbət 17-19 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Havanın gecələr müsbət 11-16 dərəcə, gündüzlər müsbət 18-23 dərəcə, bəzi günlərində 25-30 dərəcə , ayın sonunda müsbət 14-16 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 96-274 millimetr) bəzi yerlərdə çox olacağı ehtimal var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: