Nuşirəvan Məhərrəmli: Belə getsə, Azərbaycan telekanallarında izdivac verilişlərini dayandıracağıq
30 Dekabr 2011 Cümə 13:04
Nuşirəvan Məhərrəmli: Teleradio kanallarında bədii şuraların yaradılmasını tələb etməliyik.
“Azərbaycan telekanallarındakı izdivac verilişləri Milli Televiziya və Radio Şurasını çox narahat edir. Belə davam edərsə, Şura bu verilişləri dayandırmaq məcburiyyətində qalacaq”. APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli 2011-ci ilin yekunlarına həsr olunmuş iclasda bildirib.
MTRŞ sədri qeyd edib ki, gələcəkdə telekanalların musiqi redaksiyaları ilə bağlı da qərar veriləcək və musiqi redaksiyalarındakı keyfiyyətsizlik aradan qalxacaq: “Efirə çıxarmağa layiq olmayanların efirə buraxılması halları çoxdur. Qeyri-demokratik qərar olsa da, teleradio kanallarında bədii şuraların yaradılmasını tələb etməliyik”.
DOSTLARINLA PAYLAŞ: