Noyabrın 30-da Azərbaycanın bəzi yerlərində iş olmayacaq
30 Sentyabr 2011 Cümə 16:36
Noyabrın 30-u çərşənbə gününə təsadüf etməsinə baxmayaraq, Azərbaycanın bəzi yerlərində qeyri-iş günü olacaq.
Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib. Məlumata görə, həmin gün bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi ilə əlaqədar Azərbaycan Seçki Məcəlləsinin 8.2 maddəsinə əsasən seçki keçirilən ərazilərdə iş günü hesab edilməyəcək.
Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.
Seçki ümumilikdə 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.
Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib. APA
DOSTLARINLA PAYLAŞ: