Novruz bayramınız mübarək!
20 Mart 2009 Cümə 11:30
Bu gün Azərbaycana bahar gəlir.

 

Bu gün Azərbaycana bahar gəlir. Fəsil dəyişikliyi saat 15.41-də baş verəcək. Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasının məlumatına görə, fevral ayının 28 və ya 29 gün olmasından asılı olaraq baharın gəlişinin tarixində müəyyən dəyişiklik olur. Adətən bahar ölkəyə martın 20 və 21-i, nadir hallarda isə martın 21-dən 22-nə keçən gecə daxil olur.

Bəzi məlumatlara görə, Novruz bayramı bizim eradan 350 min il əvvəl Əhəmənilər dövründən qeyd olunub. Bu bayramın tarixi hətta Zərdüştlükdən də əvvələ gedib çıxır. Novruz əkinçilik mədəniyyəti ilə bağlı olan yaz bayramıdır. Bayram axşamı süfrəyə bayram şirniyyatı, plovun müxtəlif növləri qoyulmalıdır. İnanclara görə, süfrəyə sarımsaq, sirkə kimi acı nemətlər qoymaq olmaz. Çalışmaq lazımdır ki,  ət xörəkləri də az olsun. Qədim təsəvvürlərə görə, süfrədə ət yeməyi bol olarsa, insanlar həmin il ət kimi yumşaq olar və əməyə çox meyl etməzlər. Süfrəyə daha çox yeddi növdə xörək, əsasən də ağartı məhsullarından və bitkilərdən hazırlanmış nemətlər qoymaq lazımdır. Həmin gün süfrədə südlü aş, südlü qaymaq, səməni halvası, səbzili aş, sumaq, səməni olması vacibdir.
Bayram süfrəsinin əsas atributları sayılan paxlava, şəkərbura və şorqoğalı qədim təsəvvürlərlə bağlıdır. Şəkərbura 15 günlük ayın, paxlava ulduzların, şorqoğalı isə günəşin rəmzidir.

BAYRAMINIZ MÜBARƏK! /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar