Novruz bayramı ilə əlaqədar satış yarmarkaları təşkil olunacaq
03 Mart 2012 Şənbə 14:55
İstehlakçılar daha ucuz qiymətə əldə məhsul edə biləcəklər.
İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları sahibkarlarla birlikdə 10-20 mart tarixlərində Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil edəcəklər. İİN-dən ANS PRESS-ə verilən məlumata görə, məqsəd Novruz bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.

İstehlakçılar satış yarmarkalarında müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.

Yarmarkaların təşkil ediləcəyi ünvanlar barədə əlavə məlumat veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar