Novruz bayramı ilə əlaqədar bu gündən yarmarkalar başlayır
10 Mart 2012 Şənbə 13:36
Satış yarmarkaları artan tələbatın ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilir.
Bu gündən etibarən Novruz bayramı ilə əlaqədar sataış yarmarkalarının keçirilməsinə başalanılıb. İqtisadi İnkişaf nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarmarkalar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İİN və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən sahibkarlarla birlikdə keçiriləcək.
Ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları aşağıdakı ünvanlarda olacaq:

Yarmarkalar 20 mart 2012-ci il tarixinədək aşağıdakı ünvanlarda təşkil olunacaqdır:

Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti;
- Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yanındakı sahə;

Xətai rayonu
- "Bakı" kinoteatrının yanı;

Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi;

Nəsimi rayonu
- "Təzə bazar"ın ərazisi;
- 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi;

Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;
- Qaraçuxur qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı;

Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı;

Sabunçu rayonu
-Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Dəmiryol Vağzalının yanı.




DOSTLARINLA PAYLAŞ:

oyunlar