Nazir Füzuli Ələkbərov bir qrup vətəndaşı qəbul edərək onların şikayətini dinləyib
12 Noyabr 2011 Şənbə 14:54
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Fizuli Ələkbərov bir qrup vətəndaşı qəbul edərək onların müraciətlərini dinləyib.
 APA-nın məlumatına görə, şikayətçilərin qəbulu prosesində nazirliyin müvafiq şöbələrinin mütəxəssisləri də iştirak ediblər. Vətəndaşları tək-tək qəbul edən nazir onların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və sosial müdafiə işinin digər sahələri ilə bağlı şikayətləri ilə tanış olub. F. Ələkbərov ərizələrin obyektiv şəkildə araşdırılması üçün müvafiq strukturlara göstəriş verib. Nazir ünvanlı dövlət sosial yardım almaq üçün müraciət edən bəzi əmək qabiliyyətli insanların isə vakant iş yerləri ilə təmin olunmaları və “Özünüdəstək” proqramlarından yararlanmaları üçün aidiyyəti strukturlara göstəriş verib.

Nazir vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, hər hansı qanunsuzluq faktının aşkarlandığı təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat təqdim edilməsi, habelə vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi barədə nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib. Tapşırığın icrası ilə əlaqədar yaxın günlərdə araşdırmalara başlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar