Ölkə

«Nar Mobile» abunəçilərinə güzəştli tariflər təqdim olunub

Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) yaranması günü və Novruz bayramı münasibətilə paytaxt sakinləri üçün hədiyyələri təqdim etməkdə davam edir.

· Xəbərçi
«Nar Mobile» abunəçilərinə güzəştli tariflər təqdim olunub
 Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, operator tərəfindən təklif olunan «Limitsiz Şəbəkədaxili» tarif çərçivəsində gündəlik olaraq 24 qəpik ödəməklə bütün «Nar Mobile» abunəçiləri şəbəkədaxili 300 dəqiqə və ya 5 saat danışıq vaxt əldə edə bilər. Bir ay ərzində isə «Nar Mobile» şirkəti abunəçilərinə 9 min dəqiqə və ya 150 saat danışıq vaxtı verir. Təqdim olunan şəbəkədaxili bonus dəqiqələri bitdikdə, sonrakı şəbəkədaxili zənglərin bir dəqiqəsi üçün 5 qəpik çıxılır, şəbəkədaxili bonus SMS-lər bitdikdə, sonrakı hər SMS üçün 3 qəpik çıxılır. Tarifə 50% endirim nəticəsində ödəniş 0,48 qəpikdən 0,24 qəpiyə qədər düşüb, danışıq dəqiqəsi isə 100 dəqiqədən 300 dəqiqəyə qədər yüksəldilib.

Şərhlər