Namizədlər üçün yaddaş kitabçası çap olunub
12 Noyabr 2011 Şənbə 19:44
Mərkəzi Seçki Komissiyası bələdiyyə üzvlüyünə iddialı namizədlərə onların hüquq və vəzifələri izah edib.
Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 30-da bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir. MSK-dan ANS PRESS-ə verilən məlumata görə, komissiya həmin proqram çərçivəsində “Namizədlər üçün yaddaş kitabçası” hazırlayaraq çap etdirib.

Nəşrin hazırlanmasında məqsəd bələdiyyə üzvlüyünə iddialı vətəndaşların passiv seçki hüquqlarının reallaşıdırılmasına yardımçı olmaqdır. Yaddaş kitabçasında bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi, seçici imzalarının toplanması, namizədliyin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi, namizədliyin qeydə alınması qaydaları əks olunmuş, eyni zamanda, namizədlərin hüquq və vəzifələri izah edilib.

Kitabçada namizədlərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar