“Nabranada ümumi ab-hava qənaətbəxş deyil”
20 Sentyabr 2011 Çərşənbə Axşamı 16:49
Ə. Qaraye dəyişikliklərin vacibliyini vurğulayıb
Turizm məntəqəsi kimi tanınan Xaçmaz rayonunun Nabran qəsəbəsində ümumi ab-hava qənaətbəxş deyil”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bir müddət öncə Nabrana gedərək ərazi ilə yaxından tanış olub: “İstirahət mərkəzlərinin daxilində səliqə-sahman olmaması bölgədə turizmin inkişafına təkan verə bilməz. Ərazinin səliqəliliyi və təmizlik bu məsələdə ciddi rol oynayır”.

Nabrana səfəri zamanı oradakı mühitdən narazı qaldığını deyən Ə. Qarayev bu vəziyyətin beynəlxalq standartlara cavab vermədiyini, dəyişikliklərin vacibliyini vurğulayıb: “Bu vəziyyətin aradan qaldırılması məqsədilə zəruri göstərişlər verilib. Turizm müəssisələri standartları nəzərə almalıdırlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar