Müstəqil Azərbaycan – 20: iqtisadi inkişaf yolu kitabının təqdimatı olub
14 Oktyabr 2011 Cümə 13:44
Bakıda “Müstəqil Azərbaycan – 20: iqtisadi inkişaf yolu” kitabının təqdimat mərasimi keçirilib.
 APA-nın məlumatına görə, müəllifi YAP-ın Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov olan kitabda Azərbaycanın iqtisadi inkişafının 20 illik dövrü təhlil olunub.

Kitab ölkənin ötən 20 illik sosial-iqtisadi, siyasi-ictimai vəziyyətinə dair mənzərəni əks etdirir, həyata keçirilən islahatların mühüm nəticələri barədə ətraflı bilgilər verir. Azərbaycanın makroiqtisadi sabitliyinin və yüksək inkişafının bütün parametrləri nəşrdə əhatəli və sistemli şəkildə əksini tapıb.

Ön söz və 4 fəsildən ibarət kitabın məsləhətçisi YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, redaktoru “Səs” qəzetinin biş redaktoru, Azərbaycan İctimai-Siyasi Universitetinin baş müəllimi Bəhruz Quliyevdir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar