Müdafiə Nazirliyinin Qaynar xəttin 6825 zəng daxil olub
17 Aprel 2009 Cümə 15:15
Çağırışçıların yaxınları «Qaynar xətt»ə müraciət edərək maraqlandıqları şəxsin hansı hərbi hissədə və ya qoşun növündə xidmət edəcəyini öyrənirlər

Hərbi çağırış qaydalarında həyata keçirilən təkmilləşdirmə işinin daha səmərəli aparılması, komplektləşdirmədə qüsurlara yol verilməməsi üçün Müdafiə Nazirliyinin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsinin nəzdində yaradılan «Qaynar xətt»ə aprelin 1-dən 17-nə kimi 6825 zəng daxil olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, valideynlər, çağırışçıların yaxınları «Qaynar xətt»ə müraciət edərək əsasən maraqlandıqları şəxsin hansı hərbi hissədə və ya qoşun növündə xidmət edəcəyini yerindəcə öyrənirlər.
«Qaynar xətdən» fərqli olaraq Müdafiə Nazirliyi tərbiyəvi işlər idarəsinin nəzdində fəaliyyət göstərən işçi qrupuna isə daxil olan zənglərin sayı azalıb.
Qeyd edək ki, bu iş hərbi çağırışın təşkili və prezidentin hərbi çağırışla bağlı verdiyi fərmanların icrasının yüksək səviyyədə yerinə yetirilməsi üçün qurulub. Çağırış yeni başlayan zaman işçi qrupuna müəyyən zənglər daxil olub ki, bu da əsasən təkmilləşdirmə qaydalarının yeniliyi ilə bağlı müraciətlərdən ibarət olub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar