Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət yenə gərginləşib
15 Mart 2012 Cümə Axşamı 10:26
Milli Ordunun mövqeləri 5 istiqamətdə avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutulub.
Cəbhədə vəziyyət yenə gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri martın 14-də saat saat 20.15-dən 20.20-dək, 20.37-dən 20.44-dək və 21.00-dan 21.05-dək Ermənistanın İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində, saat 21.00-dan 21.05-dək və 20.37-dən 20.42-dək Ermənistanın Noyenberyan rayonunun Voskepar və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Əskipara və Quşçuayrım kəndlərində, saat 12.40-dan 12.45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 18.45-dən 19.00-dək və 23.10-dan 23.24-dək Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri, saat 23.15-dən 23.30-dək Ağdam rayonunun Şıxlar kəndi, saat 08.50-dən 08.55-dək, 09.55-dən 09.00-dək, 17.05-dən 17.15-dək, martın 15-də 01.45-dən 02.00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar