MTRŞ Azərbaycan telekanallarında monitorinqin nəticələrini açıqlayıb
09 Sentyabr 2011 Cümə 16:28
Milli Televiziya və Radio Şurasının (MRTŞ) Elektron Mediaya Yardım Fondu ilə birgə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə apardığı “Azərbaycan media məkanında ədəbi dilin qorunması” layihəsi əsasında milli efirin monitorinqinin nəticələri ilə açıqlanıb.


APA-nın məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmov bildirib ki, may ayının əvvəllərindən başlayaraq monitorinq üç istiqamətdə aparılıb.

Telekanallarda xəbər-informasiya proqramının aparıcılarının nitqi, şou verilişi aparıcılarının nitqi və dublyaj olunmuş veriliş və filmlərin dili. Monitorinqin nəticələrinə görə, İctimai Televiziyanın “Carçı” proqramının aparıcılarının nitqi normal, ədəbi normalara müvafiqdir.

ATV kanallarında “Son xəbər” informasiya buraxılışının aparıcılarının və AzTV-nin “Xəbər” informasiya buraxılışı diktorlarının nitqi qənaətbəxşdir.

“Xəzər” televiziyasında informasiya proqramının aparıcılarının nitqi isə zəif, “Space”-də “Hər gün” informasiya buraxılışının aparıcısının nitqi çox sürətlidir.

“Lider” kanalında “Səda” informasiya proqramının aparıcılarının nitqi ədəbi normalara müvafiqdir.

ANS telekanalında “Xəbərçi”nin aparıcısının nitqi aydındır. Lakin ANS-də də müəyyən dil nöqsanları da müşahidə edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar