MTRŞ 6 telekanalın hər birinə 500 min manat ayırdı
06 Aprel 2012 Cümə 16:49
Vəsait milli telefilmlərin vəi teleserialların çəkilişi ilə bağlı ayrılıb.
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan ANS PRESS-ə verilən məlumata görə, iclasda milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə bağlı “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə, “ANS Müstəqil Yayım və Media Şirkəti”nə, “Azad Azərbaycan Teleradio Kompaniyası”na, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müstəqil Teleradio Kompaniyası”na və “Xəzər TV” MMC-yə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 500 000 (beş yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar