Mövqelərimiz atəşə tutulub
09 Aprel 2009 Cümə Axşamı 10:25
Atışma saat 14:55-dən başlayaraq, fasilələrlə gecə saat 01:55-ə kimi davam edib

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 8-də növbəti dəfə atəşkəs rejimini pozub. Atışma saat 14.55-dən başlayaraq, fasilələrlə gecə saat 01:55-ə kimi davam edib. Ermənistan ordusu Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərindəki mövqelərini, eləcədə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi, Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar