Ölkə

Mövqelərimiz atəşə tutulub

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur

· Xəbərçi
Mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələri martın 4-də günorta və gecə saatlarında Füzuli rayonunun Aşağı Veysəlli kəndi, eləcə də Xocavənd rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. /ANS PRESS/

Şərhlər