Ölkə

“Moskva bakılının gözü ilə” adlı foto-sərgi açılıb

“Moskva bakılının gözü ilə” adlı foto-sərgi açılıb

· Xəbərçi
“Moskva bakılının gözü ilə” adlı foto-sərgi açılıb


Bakı. Viktoriya Dementyeva – APA. Bakıdakı Rusiya Mədəniyyət-İnformasiya Mərkəzində “Moskva bakılının gözü ilə” adlı foto-sərgi açılıb. APA-nın xəbərinə görə, tədbir Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən Moskva Günü ilə əlaqədar təşkil olunub. Sərgidə azərbaycanlı fotomüxbir Şirməmməd Nəzərlinin Moskvada çəkdiyi 40-dan çox foto nümayiş etdirilir.
Tədbirin açılışında çıxış edən Rusiya səfirliyinin müşaviri Oleq Kroxin bildirib ki, sərgi Azərbaycan-Rusiya əlaqələrinin inkişafına kömək edəcək: “Şirməmməd Nəzərlinin sərgisi bir-birini daha yaxşı anlamağın, münasibətləri inkişaf etdirməyin zərurətini insanlara çatdırmaq cəhdidir”.
Açılışda Rusiya səfirliyinin nümayəndələri, ziyalılar və ictimai təşkilatların təmsilçiləri iştirak edib.

Şərhlər