Ölkə

Mirzə Sakit azadlığa buraxılıb

“Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit bu gün azadlığa buraxılıb.

· Xəbərçi
Mirzə Sakit azadlığa buraxılıb
Bu barədə APA-ya Mirzə Sakitin özü məlumat verib. Jurnalistin bildirdiyinə görə, bu gün səhər saat 08:00 radələrində saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb. Onu cəzaçəkmə müəssisəsinin qarşısında ailə üzvləri qarşılayıb.

Qeyd edək ki, M. Sakit Azərbaycan Milli Məclisinin martın 17-də qəbul etdiyi “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında” qərarına əsasən azadlığa buraxılıb.
 
APA

Şərhlər