Mir Şahinin Qara Duman verilişlər silsiləsi başlayır
17 Noyabr 2011 Cümə Axşamı 12:12
İlk veriliş dövlət müşaviri Məhəmməd Əsədova ithaf olunub
Deyirlər ki, zaman ən yaxşı həkimdir, bu, doğru deyil, bu ağrı bizimlə həmişə olacaq. Bu barədə jurnalist Mir Şahinə dünyanı vaxtsız tərk etmiş, görkəmli dövlət adamları- Məhəmməd Əsədovun, İsmət Qayıbovun, Tofiq İsmayılovun, Vəli Məmmədovun, Osman Mirzəyevin ailə üzvləri danışıblar.
Düz 20 il əvvəl Rusiya və Qazaxıstan vasitəçiləri ilə birlikdə Ermənistan nümayəndələri ilə danışıqlardan qayıdarkən Dağlıq Qarabağda- Qarakənd yaşayış məntəqəsi yaxınlığında ermənilər tərəfindən vurulmuş vertolyotda həlak olmuş bu insanlar adi həyatda necə olublar, onlar nəyi sevirdilər, onların faciəli ölümü barədə xəbəri yaxın qohumları necə qarşılayıblar?
Bütün bunlar Mir Şahinin bu gün başlanan "Qara Duman" verilişlər silsiləsində öz əksini tapacaq. Bu axşam saat 19.00-da efirə gedəcək ilk veriliş dövlət müşaviri Məhəmməd Əsədova ithaf olunur…
DOSTLARINLA PAYLAŞ: