Mir Şahin yenə ağlasığmaz sirrləri açacaq
04 Oktyabr 2011 Çərşənbə Axşamı 12:35
Mir Şahin yenə ağlasığmaz sirrləri açacaq. "Ən Yeni Tarix" teleensiklopediasının növbəti buraxılışını qaçırmayın.
Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş Mir Şahinlə "Ən Yeni Tarix" teleensiklopediasının növbəti buraxılışı bu həftənin 4-cü günü, oktyabrın 6-da, saat 23:00-da olacaq. Mütləq baxmanızı tövsiyyə edirik. Çünki burada söhbət Azərbaycanın problemlərindən, cəlb olunduğumuz Qarabağ müharibəsindən gedir. Bu verilişdə Sizin indiyədək bilmədiyiniz və heç ağlınıza da gətirmədiyiniz sirrlər açılır.
Məsələn, bilirdinizmi sovet milisi Ağdamda keçirilən mitinqlərdə iştirak edənlərin şəklini çəkir və bu şəkilləri əla pula elə onların sahiblərinə satırdı? Əks təqdirdə mitinqdə iştirak edənlər barədə cinayət işi qaldırıla bilərdi.
Çoxlarının ağlına belə gəlməzdi ki, Dağlıq Qarabağda vilayətin xəritəsində ümumiyyətlə göstərilməyən Azərbaycan kəndləri var idi və burada yaşayan insanlar maşın və ya vertolyotla onlara baş çəkən nümayəndələrimizi görəndə sevincdən ağlayırdılar.
Xatırladaq ki, bütün bunlar və başqa daha maraqlı sirrlər "Ən Yeni Tarix" teleensiklopediyasının bu həftənin cümə axşamı yayımlanacaq buraxılışında nümayiş olunacaq. Baxın, peşman olmazsınız.
Köhnə tariximizə yeni nəzər! Bizim Sizinlə tariximizə. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: