Miqrasiya Xidməti bu il 9 mindən çox əcnəbini Azərbaycandan çıxarıb
16 Dekabr 2011 Cümə 11:31
Dövlət Miqrasiya Xidməti (DMX) cari ilin yanvar-noyabr ayları ərzində 9,015 min əcnəbinin ölkədən çıxarılması haqqında qərar qəbul edib. Bu barədə Miqrasiya Xidmətindən bildirilib.
7,211 min əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etməsi, 1,804 əcnəbinin isə ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Bu ilin 11 ayı ərzində 11,154 min əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində qanunsuz miqrasiya, həmçinin Azərbaycan ərazisində müvəqqəti və daimi yaşama qaydalarının pozulmasına görə inzibati cəza tədbirləri görülüb. Bununla yanaşı, onlardan 2,139 min nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Dövlət Miqrasiya Xidmətinin məlumatında qeyd edilib ki, bu dövrdə xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 48,250 min müraciət daxil olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar