Milli parkda şahmat “Seans”ı
29 May 2009 Cümə 09:40
28 May Respublika Günü ilə bağlı Milli Parkda şahmat üzrə mini turnir keçirilib

 

Respublika Gününü şahmatçılarımız özlərinə məxsus şəkildə qeyd ediblər. Qroyssmeysterlərimiz bu dəfə dəniz kənarı Milli Parkda bir araya gəliblər. “Seans” adı altında keçirilmiş mini turnirdə milli komandamızın 5 üzvü uşaqlarla yarışıb. Usta şahmatçılara qarşı ümumilikdə 50 gənc mübarizə aparıb. Bu cür tədbirlərin gələcəkdə də keçirilməsinin nəzərdə tutulduğunu deyən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov belə oyunların uşaqlar üçün daha əhəmiyyətli olduğunu bildirib: "Biz güclü şahmatçılarımızı, milli komandanın üzvlərini, respublika çempionları və digər qrossmeysterləri uşaqlarla belə bir görüş keçirməyə dəvət etmişik. Bu görüş uşaqlar üçün böyük bir məktəbdir, onların gələcək inkişafı üçün, eyni zamanda şahmatın təbliği üçün çox vacib məsələlərdən biridir".

Qeyd edək ki, tədbirin simvolik xarakter daşımasına baxmayaraq, sonda iştirakçılara mükafatlar da təqdim olunub. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar