Milli parkda pulsuz atraksion aksiyası olacaq
15 Dekabr 2011 Cümə Axşamı 10:09
Aksiya şənbə günü keçiriləcək.
Dekabrın 17-si Dənizkənarı Milli Parkda uşaqları yenidən sürpriz gözləyir. Belə ki, şənbə günü bulvar ərazisində pulsuz atraksion aksiyası keçiriləcək. Bu barədə Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə məlumat verib. Yaşı 15-ə qədər olan uşaqlar səhər saat 9:00-dan 13:00-a qədər bulvardakı atrksiyonlardan pulsuz istifadə edə biləcəklər.

Qeyd edək ki, pulsuz atraksion aksiyası bu ilin yay aylarından başlayıb. İlk aksiya iyunun 1-i Beynəlxalq Uşaq Müdafiəsi günündə keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar