Milli Məclisin payız sessiyasınin başlayacağı vaxt açıqlanıb. Sessiya sentyabrın 30-da başlayacaq. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumat görə, daxili nizamnaməyə uyğun olaraq sentyabrın 15-də komitələr fəaliyyətə başlayacaq. Komitələrin iclaslarında qanun layihələri hazırlanaraq parlamentin payız sessiyasının iş planına daxil ediləcək.
Payız sessiyasında əsasən, ölkənin ictimai-siyasi, sosial- iqtisadi, mədəni sahələrinə dair qanun layihələrinin müzakirəsi, qəbulu, eləcə də bir sıra beynəlxalq sazişlərin və müqavilələrin təsdiq edəcəyi gözlənilir.
Payız sessiyası dekabrın sonunda başa çatacaq.
Milli Məclisin payız sessiyası bu ayın son günü başlayacaq
Komitələr isə sentyabrın 15-də fəaliyyətə başlayacaq




Şərhlər