Mətbuat Şurasının İlham Əliyevə müraciəti
08 Aprel 2009 Çərşənbə 17:00
Müraciət «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin azadlıqdan məhrum edilməsi ilə bağlıdır

 

Azərbaycan Mətbuat Şurası «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin azadlıqdan məhrum edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Şuradan ANSPRESS-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, A.Mərzili bu il aprelin 7-də Yasamal Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib: «Bütün vətəndaşlarımız kimi jurnalistlərimiz də qanunlar qarşısında cavabdehdirlər. Lakin zənn edirik ki, məhkəmə jurnalistə qarşı yüngül cəza tətbiq edə bilərdi. Çünki əksər vaxtlarda jurnalist həbsindən ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyən qüvvələr sui-istifadə edirlər. Həm də jurnalistlərin peşə fəaliyyəti ilə bağlı məqamlara xüsusi ittiham deyil, mülki qaydada baxılması dünya miqyasında daha çox qəbul edilib».
Müraciətdə həmçinin jurnalistin ailə vəziyyətinin nəzərə alınaraq dövlət başçısından onun barəsində çıxarılmış məhkəmə hökmünün dəyişdirilməsinə kömək göstərilməsi xahiş olunur.

Röya Rəfiyeva /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar