“Məşədi İbad hamamı”ndan fotoreportaj
06 Fevral 2012 Bazar Ertəsi 01:31
İki il öncə təmirə bağlanan Ağa Mikayıl hamamı yenidən fəaliyyətə başlayıb.
İki il öncə təmirə bağlanan “O olmasın, bu olsun” filmindən “Məşədi İbad hamamı” kimi tanınan Ağa Mikayıl hamamı bu ilin ilk günündən fəaliyyətə başlayıb. Hamamın direktoru Qorxmaz Xəlilovun ANS PRESS-ə verdiyi məlumata görə, hamamda 3 duş kabinəsi, xüsusi vannalar, cakuzi, quru və yaş istixana, soyunub-geyinmə kabinələri var. Bundan başqa, hamamda masaj xidməti mövcuddur. Gələn müştərilərin yorğunluqlarını alması üçün müxtəlif otlardan və adi çay dəsgahı da təklif olunur.

Direktorun sözlərinə görə, təmirdən əvvəl hamama giriş 4 manata idi, lakin təmirdən sonra hamamın ödənişi 10 manata qalxıb. Lakin digər hamamlardan fərqli olaraq burada vaxt məhdudiyyəti qoyulmayıb. Bundan başqa hamamda çimmək üçün istifadə edilən bütün əşyalar misdəndir.

“Mis qabdakı su insana xüsusi enerji verir. Müştərilər də bundan çox razıdırlar. Ən əsas da, burada qədim adət-ənənlər gözlənilir. Bütün əşyaları qədim dövrü xatırladır. Bura yerli əhali ilə yanaşı, xaricilər də gəlirlər. Onlar buraya çox maraq göstərirlər”.

Elə müştərilədə də hamamdan çox razı görünürlər. 56 yaşlı paytaxt sakini İlham İsmayılov 20 ildən artıqdır bura gəldiyini deyir. “Adam hamamda rahatlıq tapır. Axı bizim qədim ənənədən gələn bir mədəniyyətdir hamam. Hamam yeganə yerdir ki, burada hamı eyniləşir, varlı-kasıb fərqi olmur. Yeganə yerdir ki, qışda da, yayda da adam dincəlir”.

Qeyd edək ki, hamam bu aydan etibarən xüsusi aksiya keçirəcək. Ayın müəyyən vaxtında hamampulu 5 manata endiriləcək. Belə aksiyanın hər ay keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Bakının ən qədim atributlarından olan, bizə “O olmasın, bu olsun” filmindən “Məşədi İbad hamamı” kimi tanınan Ağa Mikayıl hamamı ХVIII əsrdə Şаmахı sаkini Hacı Аğа Mikаyıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilib. Onun yerləşdiyi ərazi xalq etimalogiyası dilində hamamçılar məhəlləsi adlanır. Hаmаmın girişi Kiçik qala küçəsindədir. Otаqlаrın dахili quruluşu öz gеnişliyi ilə digər hamamlardan fərqlənir. Sоyunmа və yuyunmа оtаqlаrı kvаdrаt fоrmаlıdır. Otаqlаr dörd mərkəzi dаyаq sаyəsində böyük kоmpоzisiyа təşkil еdir. Hamamın mеmаrlıq kompozisiyası prоpоrsiоnаl təyin оlunan yаruslаrа bölünmüş çаtmа fоrmаlı tаğlаr, qübbələr və günbəzlərlə ifаdə оlunub. Yеrli mеmаrlıq fоrmаsına uyğun işlənilmiş sərt fаsаd və dаş üzərində üstünlük təşkil еdən günbəzlərin cəlbеdici həcmi hаmаmın əsаsını təşkil еdir. Binа üzərində cəsаrətli siluеt kimi ucаlаn, özünəməxsus fоrmаlı tüstü bаcаsı mаrаqlı qurulub. Аbidə cənub-şərq şəhər mülki sistеminə fəаl ictimai bina kimi dахil оlunub.

ANS PRESS oxucularına “Məşədi İbad hamamı” kimi tanınan Ağa Mikayıl hamamından hazırladığı fotoları təqdim edir.





































DOSTLARINLA PAYLAŞ:

oyunlar