Məhkum üçün nəzərdə tutulmuş soğandan narkotik çıxdı
19 Aprel 2012 Cümə Axşamı 16:55
Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. ANS PRESS-in Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Qobustan həbsxanasında cəza çəkən 1985-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əsgərov Nazim Xəlil oğluna bibisi oğlu İslamzadə Üzeyir Telman oğlunun gətirdiyi sovqata baxış keçirilib.

Həmin zaman baş soğanın içərisindən ümumi çəkisi 0,375 qram olan narkotik vasitə - heroin və 4,121 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.






DOSTLARINLA PAYLAŞ:

oyunlar